20 Sentyabr 2024 01:09

Bakıda 19 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı (YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.


***

09:12

 

Azadsöz.az xəbər verir ki, Bakının Xətai rayonunda  2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com