“Azadsöz.az” xarici KİV-ə istinadən xəbər verir ki, Moskva Birjası Rusiyanın ən böyük şirkətlərinin səhmlərinin ardınca enməyə başlayıb.
Bu, ölkədə hərbi çevriliş cəhdi ilə bağlı məlumatlar fonunda baş verib.
Qeyd edək ki, Milli Antiterror Komitəsi “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin bəyanatlarından sonra ona cinayət işi açıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə Priqojin ətrafındakı vəziyyətlə bağlı məlumat verilib.