Azadsöz.az xəbər verir ki, Moskvanın ən mühüm obyektləri mühafizəyə götürülüb, paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb.
“Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, bütün mühüm obyektlər, dövlət orqanları və nəqliyyat infrastrukturu obyektləri gücləndirilmiş mühafizəyə götürülüb. Rusiya Qvardiyasının OMON və SOBR bölmələri həyəcan təbili çalıb, qüvvələr döyüş vəziyyətinə gətirilib”, – deyə məlumatda qeyd olunub.
Mənbə:TASS