20 Sentyabr 2024 04:03

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verdi-SON DƏQİQƏ

Azadsöz.az xəbər verir ki, bu gün axşam saat 23:00 radələrində Göyçay şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi   baş  verib.

Belə  ki, “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Kərimov Kənan Sahib oğlu, Babayev Valeh Həsən oğlu və 1966-cı il təvəllüdlü Babaşova Nərgiz Kamal qızı xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com