Azadsöz.az xəbər verir ki, 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Sabir oğlu Vəliyev “Tərəqqi” medalı ilə təltif edilib.