30 Noyabr 2024 16:33

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricələri ilə bağlı layihə hazırdır (ÖZƏL)

Azadsöz.az xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinə dair xarici təcrübənin öyrənilməsinə başlayıb, geniş təhlillər aparıb.

Bu barədə sorğusuya cavab olaraq başlayaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinə dair minimal tələblərin müəyyən edilməsi, xidmət keyfiyyəti üzrə operatorların, internet provayderlərin fəaliyyətinin tənzimlənməsi, habelə telekommunikasiya xidmətlərinin keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə İKTA “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda” layihəsi hazırlayıb və aidiyyatı üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edib.
Layihənin müvafiq razılaşdırmalardan sonra təsdiq ediləcəyi gözlənilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul