20 May 2024 01:02

Bayıl Kulinariya Tədris Mərkəzinin açılışı olacaq

Azadsöz.az  xəbər  verir ki, yaxın zamanda Bayıl Kulinariya Tədris Mərkəzinin açılışı olacaq.

Bunu Dövlət Turizm Agentliyinin Qastroturizm sektorunun müdiri Səkinə Əsgərova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, mərkəzdə milli və beynəlxalq mətbəxə aid yeməklərin hazırlanması istiqamətində aşpazlar təcrübə keçə biləcəklər.