01 Oktyabr 2024 01:41

İran prezidentini aparan helikopterin eniş ərazisinə 8 təcili yardım maşını göndərilib

Azadsöz.az xəbər verir ki,  İran prezidenti İbrahim Rəisini aparan helikopterin sərt eniş etdiyi əraziyə 8 təcili yardım maşını göndərilib.

Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

Onun sözlərinə görə, hadisənin baş verdiyi əraziyə çatmaq üçün bütün tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.

grandpashabet alefbahis istanbul travesti