01 Oktyabr 2024 01:41

“İran prezidentini aparan helikopter məcburi eniş edib” – İranın daxili işlər naziri

Azadsöz.az xəbər verir ki,  İran prezidenti İbrahim Rəisini “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışından sonra Xudafərindən Təbrizə aparan helikopter çətin eniş etməyə məcbur olub.

Bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

Onun sözlərinə görə, hazırda xilasedicilər hadisə yerinə getməyə çalışırlar. Hava şəraitinə görə, bu istiqamətdə çətinlik yaşanır.

İranlı nazir bildirib ki, İran prezidentini aparan helikopterlə əlaqə saxlanılıb. Lakin daha dəqiq məlumat əldə etmək üçün xilasedicilərin hadisə yerinə çatması gözlənilir.

grandpashabet alefbahis istanbul travesti