23 Noyabr 2024 04:58

İran prezidentini aparan helikopter qəzaya uğrayıb

Azadsöz.az xəbər verir ki,  İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopter qəzaya uğrayıb.

Bu barədə  İran KİV-i məlumat yayıb.

Məlumata görə, helikopterdə olan bəzi şəxslər Uçuşa Nəzarət Mərkəzi ilə əlaqə saxlayıblar. Beləliklə, bu hadisənin heç bir itki olmadan başa çatacağına ümid olunur.

İran Prezidentini müşayiət edən heyətin 3 helikopteri olub. Onun ikisi bəzi nazir və məsul şəxsləri Təbrizə çatıb.

Bildirilir ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin Təbrizdəki nümayədnsi Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir Abdullahian da İran prezidentini aparan helikopterdə olub.

Qırmızı Aypara Cəmiyyətinin qüvvələri və hüquq mühafizə qüvvələri helikopteri tapmaq üçün əməliyyata başlayıblar.

Yerli sakinlər bildirirlər ki, bölgənin dumanlı olduğuna görə, bu hadisə baş verib. Lakin hadisənin səbəbi hələlik bəlli deyil. Hazırda hadisə yerinə PUA-lar göndərilib. Çətin hava şəraiti xilasedici qrupların hadisə yerinə getməsini çətinləşdirib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul