Azadsöz.az xəbər verir ki, bu gün İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi ərazi Ərəsbaran meşəliyindədir.
Bu barədə İran KİV-i məlumat verib.
Məlumata görə, Ərəsbaran meşəliyi Şərqi Azərbaycan vilayətində Kəleybər, Siyərud və Əhər rayonları arasında yerləşir.
Hadisənin baş verdiyi ərazi keçilməz ərazidir. Bu məsələ axtarış əməliyyat qüvvələrinin əraziyə getmələrinə çətinlik yaradıb.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.