Azadsöz.az xəbər verir ki, İran və Azərbaycan prezidentlərinin iki ölkənin dövlət sərhədində görüşü ilə iki qonşu ölkənin münasibətlərində yeni səhifə açılıb.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “X”-dəki səhifəsində yazıb.
“Fəxr edirəm ki, diplomatik missiyamın son günündə İran və Azərbaycan prezidentlərinin iştirakı ilə su diplomatiyasının uğurlu örnəyi olaraq ölkənin ən böyük sərhəd proyekti Xudafərin və Qız Qalası müştərək hidroqovşaqları istifadəyə verildi”, – deyə o bildirib.