21 Sentyabr 2024 15:04

Göyçayda avtomobil motosikletlə toqquşub-Yaralı Var (FOTO)

Azadsöz.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon ərazisindən keçən hissəsində  qeydə  alınıb.

Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü İsmayılov Fərhad Ədalət oğlunun idarə etdiyi motosiklet  rayon sakini,  1986-cı il təvəllüdlü Elvin Mərdanovun idarə etdiyi OPEL markalı avtomobillə toqquşub.

Nəticədə motosikletin sürücüsü, Fərhad İsmayılov yüngül dərəcəli bədən xəsarəti ilə Göyçay  təcili tibbi yardım briqadası  tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com