
Göyçayda şəhid anası vəfat etdi-SON DƏQİQƏ (FOTO)
Azadsöz.az xəbər verir ki, bu gün Göyçay rayonunun Çərəkə kəndindən olan I Qarabağ müharibəsində şəhid olmuş Xəlilov Mübariz Yaqub oğlunun anası Xəlilova Fatimə Zeynal qızı vəfat edib.
Qeyd edək ki, şəhid Mübariz Xəlilov 1974 cü il 10 oktyabrda Göyçay rayonunun Çərəkə kəndindən anadan olub. 1992-ci il Həqiqi hərbi xidmətə çağrılıb.1994 cü il tarixində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çərəkə kənd qəbirstanlığında dəfn edilmişdir.