Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin təmizlik işçisi Quliyeva Cəmalə Fikrət qızının ad gününü qurumun rəhbəri Ruslan Məmmədov başda olmaqla kollektiv çay süfrəsi arxasında qeyd ediblər.
Ruslan Məmmədov çıxış edərək Cəmalə Quliyevanı doğum günü münasibətilə təbrik edib.Ona xoş günlər, yüksək əhvali-ruhiyyə, möhkəm cansağlığı və uğurlar arzulayıb.
Qeyd edək ki, Cəmalə xanım göstərilən diqqətə və təbrikə görə Ruslan Məmmədova təşəkkürünü bildirib.