Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Sultan Ağami oğlu Hacıyevin Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri S.Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilib.