16 Sentyabr 2024 22:59

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə görüş keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  19 may  2023-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati  binasında  qarşıdan  gələn   taxıl biçininə hazırlıqla əlaqədar  görüş  keçirilib.

Görüşdə  Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov və  mərkəzin  əməkdaşları, “Aqroservis” ASC-nin Yevlax regional nümayəndəliyinin Göyçay rayonu  üzrə rəhbəri Arzu Hacıyev, Göyçay Rayon Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik  sektoru, Texniki  nəzarət  Xidməti  və   kombayn sürücüləri  iştirak  ediblər.

Tədbirdə  çıxış edən Mərkəzin  direktoru  Elçin  İsmayılov  biçin mövsümü ərzində sahələrdə yanğın təhlükəsizliyinə ciddi əməl olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsini vurğulayıb.Bütün ərazilərdə biçin müvafiq texniki normalara uyğun aparılmalı və yanğın təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlər görülməsini  diqqətə  çatdırıb.Bildirib ki, bu məsələlərlə bağlı torpaq mülkiyyətçiləri maarifləndirilməli və biçini aparan texniki heyət ehtiyatlı davranmalıdır. Yanğın təhlükəsizliyi, həmçinin taxılın tez və itkisiz yığılıb daşınması üçün lazım olan bütün tədbirlər həyata keçirilməlidir.

Daha  sonra  tədbirdə taxıl biçini ilə əlaqədar qarşıya çıxa biləcək məsələlər və həllinə dair təkliflər müzakirə edilib, müraciətlər dinlənilib və müvafiq tapşırıqlar verilib.

Görüşün  sonunda  Texniki  nəzarət  Xidmətinin  və   kombayn sürücülərinin təsdiq  olunmuş  müqavilə  sənədlərinə  baxılıb, həmçinin   kombayınçılarla  birgə  kombaynlar nəzərdən  keçirilərək  taxıl  biçininə hazır olduğu  təsdiq olunub.