08 Sentyabr 2024 03:45

Göyçayda abadlıq və quruculuq işləri davam etdirilir -FOTO

Azadsöz.az  xəbər verir ki, Göyçay rayonunda aparılan abadlıq işləri çərçivəsində  küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi işləri  aparılır.

Bildirək  ki, 19 may  2023-cü  il  tarixində növbəti  abadlıq  işləri   Rəsul Rza küçəsi  və   Heydər Əliyev  prospektində aparılıb.

Rəsul Rza  küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkilərin üzərinə   asfalt  örtüyü  döşənib, yolun kənarlarına yeni bordürlər düzülüb.Bununla  yanaşı  sözügeden  küçə  və  prospektin  yaşıllıq  hissələrinə münbit torpaq tökülərək  yayılıb.

Qeyd  edək  ki,  rayon ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq müasir tələblərə cavab verən  yaşıllıq zolaqları salınır, mövcud parklar,  prospekt və  küçələrdə  abadlaşdlıq işləri sürətlə davam etdirilir.