Azadsöz.az xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə şəhid gizir Səbuhi Əhmədovun adı verilib.
Belə ki, “Abidə” küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.
Qeyd edək ki, S.Əhmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub.