16 Sentyabr 2024 23:12

İlham Əliyev Şarl Mişellə sülh gündəliyi ilə bağlı müzakirə APARDI

Azadsöz.az xəbər verir ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü keçirilib.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev tərəfindən Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, regionda davamlı sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində olan səyləri yüksək qiymətləndirilib.

Həmçinin görüşdə Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar məsələsinə də toxunulub və regional məsələlər müzakirə olunub. Eləcə də bugünlərdə Ermənistan tərəfi ilə keçiriləcək üçtərəfli görüşün gündəliyinə aid olan məsələlər barəsində də fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə son günlərdə Ermənistan tərəfindən iki ölkənin sərhədində Kəlbəcər istiqamətində törədilmiş məqsədyönlü təxribatlar haqqında da məlumat verilib.