16 Sentyabr 2024 23:25

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək-TARİX

Azadsöz.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində Papuaşvili mayın 15-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirlərində iştirak edəcək.

Bundan başqa, onun Bakıda bir sıra görüşləri də nəzərdə tutulub.