27 İyul 2024 06:33

Göyçayda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, 10  may  2023-cü  il  tarixində Göyçay Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə  rayon  mərkəzində ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar  respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bayram  konserti keçirilib.

Bayram konsertində Göyçay  Rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, icra aparatının məsul şəxsləri, Milli  Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, kənd inzibati ərazi dairələri, bələdiyyələr, idarə, müəssisə və təşkilatlarların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.