16 Sentyabr 2024 23:00

Göyçayda içməli su təminatı ilə bağlı görülən işlər yekunlaşdı-FOTOLAR

Xəbər  verdiyimiz  kimi  2 maydan- 5 mayadək  Göyçay Sukanal Sahəsinin İstismar qrupu tərəfindən su anbarında elektrik transformatorunun və su xəttinin yenilənməsi ilə əlaqədar   görülən  işlər  artıq  yekunlaşıb.

Azadsöz.az xəbər verir ki,
yay mövsümündə sakinlərin  içməli su təminatında dayanıqlığın təmin olunması məqsədilə  qrum  tərəfindən  elektrik avadanlıqlarının sazlanması və yenisi ilə əvəz edilməsi işləri  icra  olunub.

Qeyd  edək  ki,  Göyçay Su-Kanal Törəmə Səhmdar Cəmiyyəti  tərəfindən  rayonun mərkəzində  və  kəndlərində  içməli su təminatında yarana biləcək problemlərin qarşısını  vaxtında  almaq, qabaqlayıcı tədbirlər görmək  və suyun ədalətli bölgüsünü  aparmaq üçün   tədbirlər mütəmadi olaraq  aparılır.