16 Sentyabr 2024 22:54

Ramiz Mikayılovun 75 illik yubileyi KEÇİRİLDİ-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  5 may 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının konfrans zalında Respublikanın Əməkdar müəllimi Ramiz Mikayılovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək bildirdi ki, Ramiz Mikayılovun pedaqoji fəaliyyətinə ən yüksək dəyəri ölkə prezidenti cənab İlham Əliyev verib. Belə ki, uzun illər rayon təhsilinin inkişafındakı səmərəli fəaliyyəti nəzərə alınaraq o, Əməkdar müəllim fəxri adına layiq görülüb, Tərəqqi medalı ilə təltif olunub və eyni zamanda elmi araşdırmalarını, elmi fəaliyyətini davam etdirməklə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib.

Sonra İ.Vəliyev rayon icra hakimiyyəti başçısı tərəfindən imzalanmış fəxri fərmanı R.Mikayılova təqdim edib.

Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının sədri Sahib Şükürov, Əməkdar müəllim Adil Məmmədov və R.Mikayılovun vaxti ilə dərs dediyi, hazırda respublikanın müxtəlif sahələrində çalışan şagirdləri çıxış edərək Əməkdar müəllimi yubleyi münasibətilə təbrik ediblər.

Əməkdar müəllim Ramiz Mikayılov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirib, fəaliyyəti ərzindəki təəssüratlarını, xoş xatirələrini bölüşüb.