Azadsöz.az xəbər verir ki, Göyçay Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri növbəti səliqə-sahman işlərini rayonun Heydər Əliyev prospektində aparıblar.
Qeyd olunan prospektdə yolboyu piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin üstü, yolun kənarları və bərələr plastik qablardan, polietilen torbalardan və digər məişət tullantılarından təmizlənib, həmin ərazi süpürülərək səliqəyə salınıb.
Qeyd edək ki, rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.