16 Sentyabr 2024 23:01

Natiq Ağayev Xəlitli kəndində vətəndaşların müraciətlərini DİNLƏDİ-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  4 may  2023-cü il tarixdə Göyçay rayon İcra  Hakimiyyətinin  başçısı Natiq  Ağayev  Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan  Xəlitli kəndində  növbəti  səyyar  qəbul  keçirdi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri çıxış edərək  Xəlitli   kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən,  görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.Rayon mərkəzinə  yaxın  olan   Potu, Ərəbcəbirli və Kürd  kəndlərinin şəhərə  birləşdirilməsi  üçün qanunvericiliyə uyğun olaraq  işlərin  görülməsinə  başlandığını  diqqətə  çatdırıb.İcra  başçısı bildirib ki, kəndlərdə  mövcud  olan  bələdiyyələr büdcə vəsaitlərini   vaxtlı-vaxtında  yığılmasını və  yığılan vəsaitin  məqsədyönlü  şəkildə xərclənməsini  təmin  etməlidir.

Daha sonra  Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov  çıxış  edərək kənd haqqında icra başçısına, görüş iştirakçılarına ətraflı məlumat  verib.

Qəbulda  kənd sakinləri  kənd  yoluna  asfalt örtüyünün döşənməsi , baxça  və  məktəbin əsaslı  təmiri, kənddə  fəaliyyət  göstərən  məscidin  qeydiyyata  alınması, kənd yoluna   təhlükəsizliyin təmin olunması baxımından  radar kimi tanınan texniki cihazın  qoyulması  və  digər  məsələlərlə  bağlı  rəy və təkliflərini veriblər.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.