28 May 2024 11:04

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 103 il keçir

Azadsöz.az xəbər verir ki, bu gün 28 aprel istilasının, yəni Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 103 il keçir.

AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq o, cəmi 23 ay yaşaya bilib.

1920-ci ilin 28 aprelində ölkədə sovet hakimiyyətinin qurulması məqsədilə Rusiya Federativ Sosialist Respublikasına məxsus XI Qızıl Ordu və Volqa-Xəzər hərbi donanması Azərbaycanı işğal ediblər.

Bununla da Respublika süqut edib.

Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən dırnağa qədər silahlanmış ordu ilə gəlmişdi.

Bildirək ki, 1918-ci ilin mayın 28-də AXC-nin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.

1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.