Azadsöz.az xəbər verir ki, sakinlərin asudə vaxtlarının səmərəli keçməsi üçün N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən “Sabir bağı” adlanan ərazidə nəzərdə tutulan abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.
Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə parkda işıqlandırma sistemi artıq yekunlaşıb.Yeni elektrik dirəkləri quraşdıralaraq işıqlanma tam bərpa edilib.
Görülən işlər çərçivəsində parkda oturacaqların üzərinə aqlay daşları döşənərək, böyük həcimli taxta üzlüklər əlavə olunub, yaşıllıq üçün ayrılmış hissələrə qazon örtüyü döşənib, dekorativ güllər əkilib, yeniyetmə və gənclərin zehni inkişafının artırmaq məqsədi ilə parkın ərazində şahmat taxtası qurulub.