19 May 2024 03:32

Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi-FOTO

Azadsöz.az xəbər verir ki, aprelin  19-da  Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları üzrə  ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib.

Ümumilikdə 8 məntəqədə piano ifaçılığı, solo milli rəqs, milli rəqs ansamblı, solo müasir rəqs, müasir rəqs ansamblı nominasiyaları üzrə baş tutan müsabiqənin birinci günü uğurla yekunlaşdırılıb.

Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq həyata keçirilən festivalın əsas məqsədi, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılmasına köməklik göstərilməsidir.

Üç turdan ibarət, 21 nominasiyada peşəkar və həvəskar olmaqla üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın birinci turu aprel-iyun aylarını əhatə edəcək.

Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi

Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi

Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi