Azadsöz.az xəbər verir ki, Göyçay rayon Natavan küçəsi 7-də çoxmənzilli yaşayış binasında yaşayan sakinlərin müraciət əsasında görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov, bələdiyyə sədri Zöhrab Rasulov, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi İdarəsi, Göyçay Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Göyçay İcma İnkişaf Mərkəzinin rəhbəri Elşən Süleymanov və binanın sakinləri iştirak ediblər.
Vətəndaşlar binanın həyətinə asfalt örtüyünün döşənməsi, təmizlik və dezinfeksiya işlərinin aparılması, mövcud olan quyunun doldurulması və idman meydançasının yaradılması ilə bağlı rəy və təkliflərini veriblər.
Görüşün sonunda sakinlərin müraciətlərində qaldırılan məsələlərin həlli istiqamətində işlərin mərhələli şəkildə görüləcəyi diqqətə çatdırılıb.