27 İyul 2024 03:31

Lerikdə “İlin beşinci fəsli” kitabının təqdimatı keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və Lerik Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı publisist Etibar Muradxanlının 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizə və qazilərimizə həsr etdiyi “İlin beşinci fəsli” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək zəfər tariximizi yazan igid əsgər və zabitlərimizin döyüş yoluna həsr olunmuş bu romanın gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində önəmli rol oynadığını vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvləri və şəhid ataları Rəbbil Heydərov, Hüseynverdi Rəhmətov və Mükafat Yaqub çıxışlarında “İlin beşinci fəsli” romanının sənədlər və faktlara əsaslanan, təsirli döyüş səhnələrini özündə əks etdirən bir qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.


Tədbirdə həmçinin vətənpərvərliyi tərənnüm edən mahnı və şeirlər səsləndirilib.