
BMT QAK Azərbaycana yeni nümayəndə təyin edib
Azadsöz.az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycandakı nümayəndəsi dəyişib.
Xanım Bik Lum qurumun Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.
Qeyd edək ki, B.Lum martın 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, martın 31-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlıq və digər məsələlər əsas müzakirə mövzusu olub.