Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir İdarəsinin işçi kollektivi tərəfindən rayonun Heydər Əliyev prospektində və M.Ə.Rəsulzadə küçəsində yaşıllaşdırma istiqamətində işlər davam edir.
İlkin olaraq Heydər Əliyev prospektində park ərazisində torpaq örtüyü hamarlanaraq, yeni qazon toxumlarının səpilməsi üçün hazırlıq işləri görülüb.Əkilən şam və dekorativ ağacların dibləri yumşaldılıb. Əl əməyindən istifadə olunaraq yaşıllıq alaq otlarından təmizlənib.
Daha sonra növbəti iş M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay Rayon İcra Hakimiyyətinin qarşısında salınmış yaşıllıq ərazisində aparılıb.Xüsusi aparat vasitəsilə əkilmiş qazon örtüyü biçilərək səliqə-sahmana salınıb.Əkilmiş müxtəlif güllərə və ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Abadlaşdırma Təmir İdarəsi tərəfindən mərhələli şəkildə mövsümə uyğun olaraq rayonun yaşıllıq ərazilərində işlər görülür.