
İstixanada yetişdirilən dekorativ güllər Göyçay Heydər Əliyev Parkına əkildi-FOTO/VİDEO
Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir İdarəsinin işçi kollektivi tərəfindən Göyçay Heydər Əliyev Parkında növbəti işlər görülüb.
Belə ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq .Ağayevin göstərişi ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində yaradılan istixanada mövsümə uyğun olaraq yetişdirilən kələm gülü və dekorativ güllərin bir hissəsi parka gətirilərək yaşıllıq sahəsinə əkilib.
Bununla yanaşı parkda yaşıllığın artırılması məqsədi ilə torpaq örtüyü olan yerlər malalanıb, hamarlanaraq qazon toxumu səpilib.Görülən işlər çərçivəsində əkilən şam ağacları və dekorativ güllər suvarılıb, aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Abadlaşdırma Təmir İdarəsinin nəzarəti ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsinin istixanasında yetişdirilən müxtəlif növ güllər mərhələli şəkildə rayonun Əli Kərim Parkına, Şəhidlər Xiyabanına və digər ərazilərə əkilməsi nəzərdə tutulub