27 İyul 2024 11:24

Göyçayda təmizlik işləri davam etdirilir

Azadsöz.az xəbər verir ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik  şöbəsi  tərəfindən  rayonda  təmizlik işləri gündəlik olaraq aparılır.

Belə ki, 27  fevral tarixində növbəti təmizlik işləri  rayonun Atatürk küçəsində  aparılıb.

Qeyd olunan  küçə və küçədə  yerləşən  çoxmənzilli yaşayış binalarının həyəti  qurumuş  xəzəl yarpaqlarından, məişət tullantılarından,  plastik qablardan  təmizlənib və həmin ərazi süpürülərək  səliqəyə salınıb.

Bütün bu görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır.

Ona görə də rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.