10 May 2024 19:44

Fərqliliyimiz Uğurumuzdur

Sabahdan hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Azadsöz.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.