21 May 2024 02:03

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinin həyətinə dekorativ güllər əkilib-FOTO

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 10 may 2024-cü il tarixində ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçiləri və Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi tərəfindən  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  inzibati binanın həyətinə müxtəlif  növ   dekorativ  güllər  əkilib.

Əkilməsi  nəzərdə  tutulan  güllərin  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.

Daha sonra  əkilməsi həyata  keçirilib.Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, rayon İcra Hakimiyyəti  binasının  qarşısına və  həyətinə ümumilikdə 92  ədəd  dekorativ  gül  əkilib.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov