20 May 2024 23:26

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Azadsöz.az”a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən  3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.