21 May 2024 00:25

Göyçayda ağacəkmə aksiyası keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki,  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar şəhərin mərkəzi küçəsində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri və Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları iştirak edib.

Keçirilən aksiyada eldar şamı və sərv ağacları əkilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.