10 May 2024 10:13

Fərqliliyimiz Uğurumuzdur

Baş prokuror Kamran Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azadsöz.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il fevralın 10-da saat 10:00-da Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Ağsu və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Kürdəmir rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48, (012) 361-14-07 nömrəli telefonları və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.