20 May 2024 17:36

Vilayət Eyvazov Səhlab Bağırovun yerinə onu təyin etdi

Azadsöz.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Əlahiddə Çevik Polis Alayına polis polkovniki Ramil Piriyev  yeni komandir təyin edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev təsdiq edib.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.