20 May 2024 23:01

Göyçayda Ulu Öndərin abidəsi ziyarət olunub – FOTOLAR

Azadsöz.az xəbər verir ki, bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.