27 İyul 2024 07:21

Səfirliyə silahlı hücumdan sonra Tehranın polis rəisi işdən çıxarıldı

Azadsöz.az xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra Tehran polisinin rəisi Hüseyn Rəhimi vəzifəsindən uzaqlaşdırılıb. 

Bu barədə İranın Tasnim xəbər agentliyi məlumat verib. 

O, SEPAH-ın polis komandiri Əhməd Rza Radan tərəfindən vəzifəsindən azad edilib.

Əlborz polis rəisi Abbas Əli Muhammediyan Tehran Polis İdarəsinə, Rəhimi isə İqtisadi Təhlükəsizlik Polisinin rəisi təyin edilib.