Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırığına əsasən rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Sanitar Təmizlik İdarəsinin rəhbəri Ruslan Məmmədov tərəfindən rayonun M.Füzuli, Əli Kərim, X. Natəvan və N.Gəncəv küçələri məişət tullantıları konteynerləri ilə təmin edilib.
Göyçayda sanitar təmizliyin yaxşılaşdırılması məqsədilə məişət tullantılarının yığılması üçün nəzərdə tutulan yeni qutuların qorunması və təyinatı üzrə istifadə edilməsi xahiş olunur.
Qeyd edək ki, mərhələli şəkildə rayonun digər küçələridə məişət tullantıları konteynerləri ilə təmin ediləcək.