23 Noyabr 2024 13:22

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir

Azadsöz.az xəbər verir ki, mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” təşkil edilib.

Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulub. Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına toplayır. Hər il olduğu kimi, bu il də Bakı marafonunun fəxri iştirakçıları olub. Ayrı-ayrı sahələrdən 200-dən çox şəxs fəxri iştirakçı kimi yarışır.

2016-cı ildən 21 km məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçılarının sayının artması da yarışa olan marağın göstəricisidir. Builki marafonda da xüsusi qayğıya ehtiyacı olan şəxslər iştirak edir.

Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl pilates, fitness, yoqa, isinmə, boks, zumba, kardio üzrə məşqlər keçirilib, yarış zonasında yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu “fan zona” – musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilir.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul