18 May 2024 13:12

Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi bilindi – YENİLƏNİB

“Azadsöz.az”  Apa-ya istinadən xəbər verir ki, Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü İlkin Həbib oğlu Rzayev dünyasını dəyişib.

1986-cı il təvəllüdlü Həbib Rzayev, 1995-ci il təvəllüdlü Məhəmməd Həsənov, 2021-ci il təvəllüdlü Sədaqət Həsənova və 1987-ci il təvəllüdlü Salahov Samir müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


***
21:20

Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili dərəyə aşıb, 2 nəfər dərədə köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə və 1 nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.