19 May 2024 00:14

Göyçayda “Karlik Qızılgül” dekorativ gülü əkilib-FOTOLAR

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 5 may  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Natəvan  küçəsində  yol dairəsinin yaşıllıq  hissəsinə “Karlik Qızılgül” dekorativ gülün  əkilməsi işlərinə başlanıb.

Əkilməsi  nəzərdə  tutulan  güllərin  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.

Daha sonra  əkilməsi həyata  keçirilib.Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, sözügedən əraziyə 200  ədəd dekorativ gül əkilib.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov