Bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Yasin Mustafayev bildirib ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur. 

Həmçinin qeyd olunub ki, 62 il öncə istismara verilmiş körpüdə ötən il yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb. Müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.