18 May 2024 21:02

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib-YENİLƏNİB

Göyçay Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov  Azadsöz.az-ın sorğusuna cavab olaraq bildirib ki, sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılovanın vəziyyəti stabildir və müalicəsi davam etdirilir.

*****

13:50

Azadsöz.az  xəbər  verir  ki, hadisə Göyçay rayonunda qeydə alınıb.

Rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Səbuhi Eltonlu