23 Noyabr 2024 21:14

Xankəndi yolunun üzərinə növbəti dəfə Azərbaycan bayraqlarının asılmasına başlanılıb

“Azadsöz.az”  report-a istinadən xəbər verir ki, Xankəndi yolunun üzərinə növbəti dəfə Azərbaycan bayraqlarının asılmasına başlanılıb.

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Bayraqlar kran vasitəsilə aksiya iştirakçılarının alqışları ilə asılır.

Aksiyada “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!”, “Ekoloji terrora son!” şüarları səsləndirilir.

Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul